Gəncəli boksçu Azərbaycan çempionatının ⅛ finalına yüksəlib. Bu haqda məlumatı oktyabrın 20-si Boks Federasiyasına istinadən veririk.
Boksçumuz Əlyar İbrahimov 1/16 finalda Sabirabad təmsilçisi Elməddin Camaləddinovla üz-üzə gəlib. İdmançımız nokautla qalib gəlib.
Boks Mərkəzində keçirilən döyüşlər bu gün saat 14:00-da başlanacaq.
Azərbaycan çempionatına 38 komanda qatılıb. Yarışın qalibləri oktyabrın 25-də bəlli olacaq.