Gəncəli atletlər kros qaçışı üzrə payız ölkə çempionatından medallarla qayıdıblar. Bu haqda Gencexeber.az 18 oktyabr tarixində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat verir.
Xaçmaz şəhərində baş tutan yarışa 200-ə yaxın idmançı qoşulub. Çempionatda Gəncə idmançılarının yarışdığı məsafə və tutduqları yerlər aşağıdakılardır:
Əsgərov İsgəndər – (1500 metr məsafə üzrə) – 1-ci yer
Əliyev Yusif – (1500 metr məsafə üzrə) – 2-ci yer
İbrahimov Rinad – (1500 metr məsafə üzrə) – 3-cü yer
İbrahimov Ümid – (800 metr məsafə üzrə) – 1-ci yer
Əsgərov İsgəndər – (800 metr məsafə üzrə) – 3-cü yer
Əliyev Yusif – 4×100 metr estafet – 3-cü yer
Əsgərov İsgəndər – 4×100 metr estafet – 3-cü yer
İbrahimov Rinad – 4×100 metr estafet – 3-cü yer
İbrahimov Ümid – 4×100 metr estafet – 3-cü yer.
Çempionat Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.