27.5 C
Gence
27.5 C
Gence

Gəncəli atletlər 38-ci Azərbaycan çempionatında iştirak edəcəklər

Gəncə atletləri 140-dan çox idmançının qatıldığı yarışda iştirak edəcəklər. Bu haqda Report.az-a istinadən məlumat veririk.

Atletika üzrə 38-ci Azərbaycan çempionatı start götürüb. Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında ötən il pandemiya şəraitində bu çempionatı keçirə bilmədiklərini söyləyib.

Federasiya rəhbəri əlavə edib ki, pandemiya davam etsə də, atletlər yarışa hazırlıq imkanı əldə ediblər. Manej açıqdır və idmançılar intensiv məşq proseslərindədirlər.

Qeyd edək ki, Hüseynzadə 2024-cü il Paris Yay Olimpiya Oyunlarına az vaxt qaldığını xatırladıb.

Ən Çox Oxunan