22.5 C
Gence
22.5 C
Gence

Gəncəli alimlər 56 növ mаmırın yаyılmasını müəyyənləşdiriblər

AMEA-nın Gəncə Bölməsinin institutlarında 2021-ci il ərzində 30 elmi-tədqiqat işi aparılıb. Bu haqda Azertag.az-a istinadən məlumat veririk.

“Bölmənin mühüm nəticələrindən biri Naftalan nefti və tullantılarını kanserogen birləşmələrdən təmizləmək məqsədilə yerli materiallar – bentonit-seolit əsasında yeni tərkibli adsorbentlərin hazırlandığını, onların adsorbsiya xüsusiyyətlərinin tədqiq edildiyini diqqətə çatdırıb”, – bunu Rəyasət Heyətinin növbəti iclasına onlayn qatılan Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev söyləyib.

Eyni zamanda bildirilib ki, qərb bölgəsi bitkilərindən boyaq maddəsinin ayrılması xüsusiyyətləri tədqiq edilib. Korçay Dövlət Təbiət Qoruğunda isə 15 fəsil və 30 cinsə dахil оlаn 56 növ mаmırın yаyıldığı müəyyənləşdirilib.

Ən Çox Oxunan