Gəncəli şahmatçı qız 21 oktyabr tarixində Avropa birinciliyində bürünc medal qazanıb. Bu haqda Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi məlumat paylaşıb.
8-20 yaş arası uşaqlar arasında keçirilən Hibrid onlayn Avropa birinciliyində Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin şagirdi Səadət Bəşirli 3-cü yerə çıxıb. O, 10 yaşadək 71 qız arasında 9 oyundan 6.5 bal toplayıb.
Qeyd edək ki, turnir 15-21 oktyabr tarixlərində keçirilib.
Daha öncə şahmatçının 6-cı turdan sonra topladığı bal haqda məlumat vermişdik.