Gəncəli məktəblilər respublika müsabiqəsində uğurla iştirak ediblər. Bu haqda 1 dekabr tarixində təhsil müəssisələri məlumat paylaşıb.
Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkətinin keçirdiyi “Kod Saatı” qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün “Rəqəmsal gələcəyə addım” adlı respublika müsabiqəsinin ikinci mərhələsi başa çatıb. Gəncədən olan məktəblilər burada müxtəlif dərəcəli diplomlara layiq görülüblər.
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 8 şagirdi (5-i birinci, 2-si ikinci, 1-i üçüncü dərəcəli), şəhər 1 nömrəli tam orta məktəbdən 10 şagird (hamısı birinci dərəcəli), şəhər 21 nömrəli pilot tam orta məktəbdən isə 4 şagird birinci dərəcəli diplomlarla təltif olunublar.