Gəncədə taekvondo yarışı keçirilib. Bu haqda məlumat mayın 16-sı Gencexeber.az-a daxil olub.
Turnir Gəncə Olimpiya İdman Kompleksində 2008-2010-cu il təvəllüdlü uşaqlar arasında təşkil edilib. 49 kiloqram çəki dərəcəsində çıxış edən Rəsul Məmmədov 1-ci yerə layiq görülüb.
Qızıl medalçı İsmət Qayıbov adına 1 saylı orta məktəbin 8-ci sinif şagirdidir.
Xatırladaq ki, yeniyetmə idmançımızın respublika birincisi olması haqda məlumat vermişdik.
