Gəncəli şagird beynəlxalq yarışda bürünc medala layiq görülüb. Bu haqda Təhsil Nazirliyinin saytında məlumat paylaşılıb.
20-25 dekabr 2021-ci il tarixlərində riyaziyyat və informatika fənləri üzrə onlayn formatda Lütfi Zadə Beynəlxalq Olimpiadası keçirilib. Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fidan Hüseynova bürünc medal qazanıb.
Xatırladaq ki, 4-29 noyabr aralığında Gəncəli şagird gümüş medal qazanmışdır. Bununla Fidan informatika fənni üzrə ölkəmizdə ilk beynəlxalq medala layiq görülən xanım olmuşdur.