27.5 C
Gence
27.5 C
Gence

Gəncəli şagird dron şousunda iştirak edib

Gəncə şəhər 22 nömrəli tam orta məktəbin şagirdi dron şousunda iştirak edib. Bu haqda məlumat sözügedən təhsil ocağının Facebook səhifəsində dərc edilib.

Tədbir Bakı İdman Sarayında təşkil olunub. Orada Gəncə komandasını “Zəfər Dronları” layihəsinin rəhbəri Aynurə Orucova və iştirakçısı şagird Tərlan İsmayılov təmsil ediblər.

Qeyd edək ki, Tərlan Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinə qalib olan “Zəfər Dronları” layihəsinin aktiv iştirakçısı olub.

 

Ən Çox Oxunan