20.6 C
Gence
20.6 C
Gence

Gəncə: “Kostya dayı”nın stadionu bərpa olunub

Gəncənin “Lokomotiv” stadionu bərpa olunub. Bu haqda 7 fevral tarixində Bizim.media-ya istinadən məlumat veririk.

Gəncədə “Kostya dayı”nın stadionu kimi tanınan meydança AFFA tərəfindən bərpa edilərək yenidən qurulub. Gəncə Futbol Veteranlar cəmiyyətinin sədr müavini Firuz Qulami bildirib ki, bu “Dyadya Kostya” məktəbinin davam etdirilməsi üçün təkandır. Hələlik işlər tam yekunlaşmayıb. Burada layihəyə əsasən, geyinib-soyunma otaqları, sanitar qovşaq, məşqçilər üçün otaq da inşa olunacaq.

Veteran futbolçular bildiriblər ki, onlar bu məktəbdə uşaqlara futbolun sirrlərini sevə-sevə öyrətməyə hazırdırlar.

Qeyd edək ki, bir müddət öncə stadionun yenidən qurulacağı haqda məlumat vermişdik.

Ən Çox Oxunan