20.6 C
Gence
20.6 C
Gence

Gəncə: koronavirus testi pozitiv olan sakin küçədə saxlanılıb

Gəncədə 17 dekabr tarixində koronavirus xəstəsi saxlanılıb. Bu haqda Kəpəz televiziyasına istinadən məlumat veririk.

Hadisə Kəpəz rayonunda qeydə alınıb. Polis əməkdaşlarının apardığı əməliyyatlar nəticəsində şəhər sakini Rizvan Həsənov saxlanılıb. Buna səbəb onun koronavirus testinin nəticəsinin pozitiv olmasıdır. Saxlanılan şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı evi tərk edib.

Faktla bağlı cinayət işi başlanılıb, xəstə evə göndərilib.

 

Ən Çox Oxunan