20.8 C
Gence
14.5 C
Ganja

Gəncə komandası futbol üzrə Region Liqasında qələbə qazanıb

Futbol üzrə Region Liqasında “Gəncə” FK ilk qələbəsini qazanıb. Bu haqda Gencexeber.az 15 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat verir.

Görüş 3-cü tur çərçivəsində keçirilib. “Şəki” komandasını qəbul edən Gəncə təmsilçisi rəqibini 3:1 hesabıyla məğlub edib. Onlar bu qarşılaşmadan sonra xallarının sayını dördə çatdırıblar.

Qeyd edək ki, 4-cü turda komanda səfərdə Yevlaxı təmsil edən “Karvan”la üz-üzə gələcək.