Bu gün, 7 avqust Gəncədə keçmiş məhkum saxlanılıb.
Polis əməkdaşlarının apardıqları əməliyyatlar nəticəsində şəhər sakini, əvvələr məhkum olunmuş, Tural Məcnuninin üzərindən qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd “Makarov” tipli tapança, 1 ədəd tapançaya aid sandıqca və 4 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.
Daha öncə, 4 avqust, Gəncədə narkotiklərin qanunsuz dövriyəsi ilə məşğul olan şəhər sakini İlham Cəfərov saxlanılmışdır. Onun yaşadığı evdən qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd istifadəyə yararlı “AK-74” markalı avtomat, 3 ədəd avtomata məxsus daraq, 1 ədəd susdurucu və 1088 ədəd 5.45 mm-lik avtomat patronu aşkar edilərək götürülmüşdür.