Gəncə Olimpiya İdman Kompleksində karate-do idman növü üzrə şəhər açıq birinciliyi keçirilib. Bu haqda məlumatı 21 iyun tarixində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin Facebook səhifəsinə istinadən veririk.
Açılış mərasimi sözügedən idarənin təşkilatçılığı ilə baş tutub. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra belə yarışların keçirilməsinin karate-do idman növünün inkişafı üçün əhəmiyyətli olduğu haqda söz açılıb.
Qeyd edək ki, yarışda Gəncə, Qazax, Ağstafa, Şəmkir, Şəki, Sumqayıt, Bakı komandalarının tərkibində 200 nəfərə yaxın idmançı iştirak edib. Yarışın baş hakimi Vüsal İsrafilov olub.
Sonda qaliblər Baş İdarə və Gəncə şəhər 2 nömrəli UGİŞM tərəfindən medal və diplom ilə təltif ediliblər.