13 C
Gence
13 C
Gence

Gəncə küçələrinin işıqlandırılma işləri davam etdirilir

Yeni Gəncə qəsəbəsində işıqlandırma işləri davam etdirilir.

Şəhərin Həmidə xanım Mehmandarova küçəsi, 6 saylı notariat kontorunun yanında aparılan işlər bu gün, 11 sentyabr tarixində davam etdiriləcək.

Əldə etdiyimiz məlumata əsasən, Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat (MKTİB) birliyinin əməkdaşları elektrik naqillərini yerə basdırılması üçün işlər aparıblar. Asfalt örtüyünü geniş zədələnməsinin qarşısını almaq məqsədi ilə yol boyunca nazik xətt qazılıb.

Növbəti mərhələlərdə Gəncə Şəhər MKTİB işçiləri qoyulacaq dirəklərin yerinə beton tökəcəklər. MKTİB-in əməkdaşları son tamamlanma işlərini bitirib küçəni işıqlandıracaqlar.

Daha öncə, Elbrus Allahverdiyev küçəsində işıqlandırma işləri haqqında xəbər vermişdik.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan