İki təhsil müəssisəsi “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə əməkdaşlığa dair razılaşma imzalayıb. Bu haqda məlumatı 24 iyun tarixində Report-a istinadən veririk.
Məlumata əsasən, razılaşma Azərbaycan Texnologiya Universiteti və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi ilə imzalanıb. Əsas məqsəd elm və sənaye sahələri arasında praktiki əlaqələrin genişləndirilməsidir. Bu əməkdaşlıq elmi-tədqiqat işlərinin və innovasiyaların tətbiqinin genişləndirilməsi, startap layihələrinin reallaşdırılması, bu sahədə ictimai iştirakçılıq sisteminin tətbiqi ilə bağlı birgə tədbirlərin həyata keçirilməsini təmin edəcək.
Qeyd edək ki, ADY Gəncə təhsil müəssisələri ilə yanaşı, daha 4 universitet ilə əməkdaşlıq razılaşması imzalayıb.