19.1 C
Gence
19.1 C
Gence

Gəncə: iki kafenin sahibi cərimələnib

Gəncədə iki iaşə obyektinin sahibi cərimələnib. Bu haqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 3 dekabr tarixində məlumat paylaşıb.

Agentliyin əməkdaşları aşağıda göstərilən obyektlərdə yoxlamalar keçirərək nöqsanlar aşkar edib:

  • Dədə Qorqud küçəsi, 11D ünvanında yerləşən “Söyüdlük” kafesi;
  • Dəmiryol parkının ərazisində yerləşən kafe.

Qeyd edək ki, ölkə ərazisində ümumilkdə 400 ictimai iaşə obyektində monitorinq keçirilib. Onlardan 5-də qanunvericiliyin tələbləri kobud şəkildə pozulub.

Ən Çox Oxunan