“Gəncə” idman klubunun İdarə Heyətinin sədri Türkiyənin Gəncədəki baş konsulu ilə görüşüb. Bu haqda 2 iyul tarixində Azərtac-a istinadən məlumat veririk.
Sədr Elvar Osmanov tədbirdə idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətləri haqda məlumat verib. Öz növbəsində, konsul Zeki Öztürk qardaş şəhərlər olan Gəncə və Sivas arasında idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
Müzakirələrdən sonra konsula klubun xatirə hədiyyəsi təqdim olunub.