10.3 C
Gence
1.5 C
Ganja

Gəncə: Şəhid və aztəminatlı ailələrin övladları Bakıda ekskursiyada olublar

Gəncə məktəbliləri “Muzeylərimizi tanıyaq və tanıtdıraq” adlı interaktiv ekskursiya layihəsində iştirak ediblər. Bu haqda Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsində 16 noyabrda məlumat paylaşılıb.

Layihə çərçivəsində şagirdlər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, Qız Qalası, Şirvanşahlar Sarayı, Yeraltı hamam, Bakı Xan Sarayı Kompleks, Tahir Salahovun ev muzeyi, Miniatür Kitab Muzeyi və digər yerlərdə olublar.

Qeyd edək ki, layihədə şəhərdə yaşayan aztəminatlı ailələrin övladları, Şəhid övladları, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və ya bir valideyni vəfat etmiş və o biri valideyninin əlilliyi olan məktəblilər iştirak ediblər.

 

Ən Çox Oxunan