Prezident bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Bu haqda 8 may tarixində Prezident.az saytına istinadən məlumat veririk.
Sərəncam Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanıb. Sənədə əsasən, 801 məhkum əfv olunub. Onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad ediliblər.
Əfv olunanlar arasında Gəncə hadisələri ilə əlaqədar məhkum edilmiş şəxslər də var. Üç nəfərin cəzalarının əsas hissəsini çəkdikləri, həmin müddət ərzində davranışları, ailə vəziyyətləri və sağlamlıqları nəzərə alınaraq əfv edilməsi barədə qərar qəbul olunub.