26.4 C
Gence
26.4 C
Gence

Gəncə şəhərin tarixi mirası saxlanmaqla ekoloji və ağıllı şəhər formalaşdırılacaq

Gəncə şəhərinin baş planının 2040-cı ilə hazır olması planlaşdırılır. Bu haqda 26 yanvar tarixində Bizim.media-ya istinadən məlumat veririk.

Plan Fransanın “Vasconi Architects by Thomas Schinko” şirkəti tərəfindən hazırlanır. Burada şəhərin tarixi mirası saxlanmaqla ekoloji və ağıllı şəhər formalaşdırılacaq. Qeyd edilib ki, nəzarətsiz urbanizasiya (şəhərlərin cəmiyyətin inkişafında rolunun artması) kontrol altına alınacaq. Bundan başqa köhnə sənaye məkanları yaşıllaşdırılacaq, “Nizami bağları” salınacaq, Gəncə çayın məcrası abadlaşdırılacaq, üzərindən yeni körpülər inşa ediləcək, yeni avtomobil yolları çəkiləcək, “Nizami Gəncəvi” kampusu yaradılacaq və s.

Qeyd edək ki, proses 2020-ci ildən başlayıb və şəhərin baş planı bir neçə dəfə aidiyyəti qurumların rəhbərliyi ilə müzakirə olunub.

Ən Çox Oxunan