21.4 C
Gence
20.5 C
Ganja

Gəncə şəhəri İstilik Sistemləri İstismar Sahəsinin rəisi işdən çıxarılıb

Gəncədə qurumlardan birinin rəisi işdən çıxarılıb. Bu haqda 9 avqust tarixində Report-a istinadən məlumat veririk.

“Azəristiliktəchizat” ASC-nin Gəncə şəhəri İstilik Sistemləri İstismar Sahəsinin rəisi Araz Məmmədov tutduğu vəzifədən azad edilib. Buna səbəb 2022-2023-cü illər payız-qış mövsümünə hazırlıq tədbirlərinin lazımi səviyyədə icra edilməməsi olub.

Həmçinin Bakı şəhəri 7 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəisi Qalib Hüseynli də işdən azad olunub və ASC-də müxtəlif vəzifələri tutan 4 nəfər işçiyə sonuncu xəbərdarlıqla töhmət elan edilib.