22.5 C
Gence
22.5 C
Gence

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri qalib şagirdlərlə görüşüb

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev müsabiqədə qalib olmuş şagirdlərlə görüşüb. Bu haqda qurumun rəsmi Facebook səhifəsində məlumat dərc edilib.

“Təhsildə inkişaf və innovasiyalar” üzrə V qrant müsabiqəsi “Nizami Gəncəvinin əsərlərində elmi yanaşmalar” layihəsi çərçivəsində təşkil olunmuşdur. Görüşdə şagirdlər və onların təhsil aldıqları ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

Qeyd edək ki, layihədə 446 şagird qeydiyyatdan keçmişdir. 200 nəfərədək şagirdin hazırladığı yazılar ekspertlər tərəfindən qiymətləndirilmişdir, 40 şagird yekun tura buraxılmışdır. Onlayn təqdimatlar keçirilərək 4 meyar üzrə yekun qiymətləndirmə aparılmışdır.

Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan