26.4 C
Gence
26.4 C
Gence

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri gənc müəllimlərlə görüşüb

Gəncə Şəhər Təhsil İdarəsi işə qəbul olunan gənc müəllimlərlə görüş keçirib. Bu haqda qurumun rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.

Görüşdə gənc müəllimlərin tədris prosesinə adaptasiyası, şagirdlərin dərslərə cəlb edilməsi, müvafiq təcrübə və digər məsələlər müzakirə edilib. Onlar 2021-2022-ci tədris ilində Gəncə şəhər ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə müddətsiz əsaslarla işə qəbul olunublar.

Görüşdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və idarənin əməkdaşları ilə yanaşı bir çox təhsil işçiləri iştirak ediblər.

Ən Çox Oxunan