24.8 C
Gence
24.8 C
Gence

Gəncə şəhər Statistika idarəsi yanvar-sentyabr ayları üçün hesabat hazırlayıb

Gəncədə kənd təsərrüfatının vəziyyəti açıqlanıb. Bu haqda 3 dekabr tarixində Marja.az saytı məlumat paylaşıb.

Gəncə şəhər Statistika idarəsinin verdiyi məlumata əsasən, 2021-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində 61,2 ha əkin aparılmışdır. Hesabat dövründə sahələrdən 52,5 ton taxıl, 103,4 ton tərəvəz, 641,6 ton meyvə və giləmeyvə, 378,1 ton üzüm toplanmışdır.

Təsərrüfatlarda 1175 baş iribuynuzlu mal-qara (ondan 494 baş inək və camış), 1757 baş qoyun və keçi mövcud olmuşdur. Heyvandarlıq bölməsində diri çəkidə 56,8 ton ət, 428,1 ton süd, 474 min ədəd yumurta, 2,6 ton yun istehsal edilmişdir.

Süd istehsalı keçən illin yanvar-sentyabr aylarına nisbətən 20,4 faiz, ət 1,9, yumurta isə 2,8 dəfə artmışdır.

Ən Çox Oxunan