19.7 C
Gence
19.7 C
Gence

Gəncə şəhər stadionun vəziyyəti ilə bağlı açıqlama verilib

Gəncədə futbol meydançasının son vəziyyətinə aydınlıq gətirilib. Bu haqda 4 aprel tarixində Report-a istinadən məlumat veririk.

Premyer Liqanın XXVIII turu çərçivəsində keçirilən “Kəpəz” – “Səbail” qarşılaşmasının görüntüləri sosial şəbəkələrdə çoxsaylı müzakirələrə səbəb olub. “AgroSport” şirkəti ot örtüyünün yararsız hala düşməsi ilə bağlı açıqlama verib. Şirkətin baş aqronomu İan Mortonun sözlərinə görə, bu, fəsil və hava şəraiti ilə bağlı olan məsələdir.

“Bu, bitki orqanizminin soyuğa reaksiyasıdır. Bizim sözümüzlə desək, ot örtüyü qış stresinə məruz qalır. Bu il Gəncədə qış gözlədiyimizdən qat-qat soyuq keçdi. Qazon, xüsusilə səhər və gecə saatlarında daha çox şaxtaya məruz qalır. Artıq ötən ilin dekabrından şirkət tərəfindən qoruyucu tədbirlər görülməyə başlayıb. Bunu sosial şəbəkələrdəki paylaşımlarımızdan da görmək olar. Biz hər zaman gördüyümüz işləri auditoriya ilə bölüşürük və bunu təkcə Gəncədəki qazonla bağlı etmirik. Bakıda “Zirə” klubunun stadionunun əsas meydançasında, “Bakcell Arena”da da oxşar işləri həyata keçiririk. Ot örtükləri qış yağıntılarına məruz qalsa da, yazda bərpa dövrü keçir. Amma geolokasiyanı da nəzərə almaq lazımdır”, – deyə Morton bildirib.

O, bərpa işlərinin davam etdiyini deyib: “İsti və günəşli günlər gözləyirik. Düşünürəm ki, tezliklə meydan həm tamaşaçıları, həm azarkeşləri, həm də oyunçuları sevindirəcək”.

Ən Çox Oxunan