24.7 C
Gence
24.7 C
Gence

Gəncə: şəhər sakinlərinin üzərindən və evlərindən narkotik tapılıb

Gəncə sakinlərində narkotik tapılıb. Bu haqda 11 yanvar tarixində Report-a istinadən məlumat veririk.

Kəpəz rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində şəhər sakini Arzu Kərimov saxlanılıb. Onun üzərindən marixuana aşkarlanaraq götürülüb. Davam edən axtarış tədbirləri nəticəsində saxlanılan şəxsin evindən parça torbada ümumi çəkisi 8 kiloqramdan çox olan qurudulmuş marixuana tapılıb.

Şəhər ərazisində keçirilən digər əməliyyatlar zamanı şəhər sakini Turac İbrahimov saxlanılıb. Onun üzərindən heroin aşkarlanıb. O, uzun müddətdir narkotik aludəçisi olduğunu bildirib. Evə baxış keçirilən zaman yardımçı tikilidən külli miqdarda heroin tapılaraq götürülüb.

Faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.

Ən Çox Oxunan