Gəncə şəhər sakini saxlanılıb. Bu haqda 7 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.
A.Babayev Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. O, Suvarma Sistemləri İdarəsinə məxsus subartezian quyusunu enerji ilə təmin edən elektrik naqilini, həmçinin 2 həyətyanı sahədən su mühərriki və təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.