23 C
Gence
18.5 C
Ganja

Gəncə Şəhər Məhkəməsinə bir sıra yeni təyinat olub

Prezident İlham Əliyev Gəncədə bir sıra hakimin təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu haqda məlumatı iyulun 1-i President.az saytına istinadən veririk

Sərəncama əsasən, aşağıda adları çəkilən hakimlər göstərilən məhkəmələrdə çalışacaqlar:

  • Xəqani Qəhrəman oğlu Tağıyev Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib;
  • Tural Şəmsi oğlu Qocayev Gəncə Şəhər Məhkəməsinin hakimi və sədr müavini təyin edilib;
  • Mustafa Əli oğlu Mustafayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi təyin edilib.

Bundan başqa aşağıda adları çəkilən hakimlər Gəncə Şəhər Məhkəməsində işləyəcəklər:

  • Kənan Zakir oğlu Hüseynov;
  • Zaur Nazim oğlu Hüseynov;
  • Zaman Şakir oğlu İmanov;
  • Gündüz Əhməd oğlu Şirinov;
  • Cavid Tahir oğlu Tağıyev.