21.4 C
Gence
21.4 C
Gence

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi təltif olunub

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov təltif edilib. Bu haqda qurumun Instagram səhifəsində məlumat dərc edilib.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi “Nizami Gəncəvi İli” çərçivəsində 2021-ci il ərzində mütəmadi olaraq tədbirlər keçirmişdir.

“Tarixi abidələrimizi tanıyaq” şüarı ilə gənclərin ölkəmizdə fəaliyyət göstərən muzeylərin, tarixi abidələrin ziyarəti təşkil olunmuşdur. Həmçinin gənclərin iştirakı ilə Kəpəz dağına səfər baş tutub.

Baş İdarə tərəfindən Gəncə şəhər açıq birincilikləri, kross yarışları və çempionatlar keçirilmişdir.

 

Ən Çox Oxunan