Gəncədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının növbəti iclası keçirilib. Bu haqda Gencexeber.az 28 oktyabr tarixində ŞİH-yə istinadən məlumat verir.
Görüş zamanı komissiya tərəfindən cari ilin 9 ayı ərzində görülmüş işlərin muzakirəsi aparılıb. İşçi Qrupunun sədr müavini Tanrıverdi Aydınov bir sıra vacib məsələlərin həlli ilə bağlı görülən işlərdən danışıb, bütün dünyanı əhatə edən bu dəhşətli bəladan xilas olmaq üçün lazımi tədbirlərin daha da gücləndirilməsinin zəruriliyini bildirib.