Gəncənin Cəlil Məmmədquluzadə küçəsində işıqlandırma prosesi çərçivəsində işlər görülür. Bu haqda Gencexeber.az-ın müxbiri 16 noyabr tarixində məlumat verib.
Aidiyyəti qurumun əməkdaşları ərazidə dünəndən etibarən çalışırlar. Onlar yolu qazaraq elektrik naqillərinin yerin altına salmaqla məşğul olublar.
Qeyd edək ki, şəhər ərazisində küçələrin işıqlandırılması layihəsi davam etdirilir. Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən aparılan işlər zamanı 400-dən çox küçədə 8000 işıq dirəyi quraşdırılacaq.
