Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Miokard infarktı şöbəsinə şöbə müdiri təyin edilib. Bu haqda 17 mart tarixində Gəncə Şəhər Birləşmiş Xəstəxanasına istinadən xəbər veririk.
Qumru Məmmədova Kardioloji xəstəxananın Miokard infarktı şöbəsində şöbə müdiri vəzifəsində çalışacaq. Məmmədova Qumru Mədəd qızı 23 dekabr 1989-cu ildə Şuşa şəhərində anadan olub. 2007-2013-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində ali təhsil alıb. Gənc həkim 2013-2020-ci illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda rezident kardioloq kimi təhsilini davam etdirib.
2021-ci ildən Kardioloji xəstəxanada həkim-kardioloq kimi çalışır.