15.3 C
Gence
15.3 C
Gence

Gəncə Şəhər Birləşmiş Xəstəxanasında yeni cihaz istifadəyə verilib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasında sakinlərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə yeniliklər icra edilib. Bu haqda 2 may tarixində Gəncəxəbər.az Gəncə Şəhər Birləşmiş Xəstəxanasına istinadən xəbər verir.

Xəstəxananın tabeliyindəki Akad. Z.Məmmədov adına xəstəxananın Oftalmoloji şöbəsində yeni Optik Koherent Tomoqrafiyası (OKT) cihazı istifadəyə verilib.

Qeyd edək ki, Optik Koherent Tomoqrafiyası torlu qişanın, optik sinir diskin və gözün ön hissəsinin təbəqələrinin görüntülərini əldə edərək göz strukturlarını ətraflı öyrənmək üçün aparılan metoddur. Bu müayinə vasitəsilə tor qişanın təbəqələrinin vəziyyətini daha aydın qiymətləndirmək üçün yüksək dəqiqlikli görüntülər əldə etmək mümkündür.

Ən Çox Oxunan