Gəncədə tibb müəssisəsinə yeni təyinatlar olunub. Bu haqda 12 aprel tarixində Birləşmiş Xəstəxanaya istinadən məlumat veririk.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasına iki vəzifəyə yeni icraçı qoyulub. Belə ki, Ənvər İsmayıl oğlu Abbasov xəstəxananın Keyfiyyətə nəzarətin idarə edilməsi komitəsinin rəhbəri təyin olunub. Nihal Arif oğlu Əlizadə isə Arxiv bölməsinin rəhbəri vəzifəsini icra edəcək.