Gəncədə daxili işlər orqanlarında kadr dəyişikliyi edilib. Bu haqda məlumatı iyulun 20-si Oxu-ya istinadən məlumat veririk.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, polis polkovnik-leytenantı Musayev Şahin Şakir oğlu Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməliyyat müvəkkili vəzifəsindən azad olunub. O, həmin idarənin rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki Ş. Musayev bir müddət əvvəl Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi vəzifəsini də icra edib.