25.5 C
Gence
17.5 C
Ganja

İngilis dili kursuna qeydiyyatın müddəti uzadılıb

Gəncədə ödənişsiz ingilis dili kursuna son qeydiyyat tarixi dəyişdirilib. Bu haqda 20 iyul tarixində Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına istinadən məlumat veririk.

PROGRO Peşəkar İnkişaf və İnnovasiyalar Platforması ödənişsiz ingilis dili kursu təşkil edir. Proqramın müddəti 6 aydır (5 sentyabr – 31 mart). Dərslər “A-Level LTD” şirkətinin müəllimləri tərəfindən tədris olunacaq. Məşğələlər 90 dəqiqə olmaqla həftədə 3 dəfə keçiriləcək. Bundan başqa, həftədə 1 dəfə danışıq klubu olacaq.

Proqramı uğurla başa vuranlara “İntermediate English” üzrə sertifikat veriləcək.

Qatılmaq istəyənlər üçün qeydiyyat 24 iyuladək uzadılıb. 18-30 yaş arası hər kəs link vasitəsilə qeydiyyatdan keçə bilər. Burada motivasiya ilə bağlı sualı cavablandırmağın vacib olduğu vurğulanıb.