Gəncədə Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Bu haqda məlumatı iyunun 16-sı Apa-ya istinadən veririk.
Polis baş leytenantı Kamil Abdullayev Gəncə şəhər Baş Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı vəzifəsindən azad olunub. O, həmin Baş İdarənin 2-ci Polis Şöbəsinin Xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.
Kadr dəyişikliyi daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən həyata keçirilib.