16.4 C
Gence
16.4 C
Gence

Gəncə İH-nin önündə bir nəfər özünə kəsici alətlə xəsarət yetirib

Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında vətəndaş özünə kəsici alətlə xəsarət yetirib. Bu haqda noyabrın 29-u Apa.az-a istinadən məlumat veririk.

Bu gün İH-nin önündə bir qrup şəxs toplaşıb. Hadisə yerinə gələn Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları həmin vətəndaşlarla profilaktiki söhbət aparıb, onlara qəbul qaydaları xatırladılıb. Həmin şəxslər polislə hər hansı bir mübahisə və ya münaqişə yaşamadan ərazini tərk etməyə başlayıblar.

“Əraziyə gələn vətəndaşlardan biri üzərində gətirdiyi kəsici alətlə qolunu kəsərək xəsarət yetirən zaman polis əməkdaşları ona dərhal ilkin tibbi yardım göstərərək xəstəxanaya yola salıblar”, – DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Ən Çox Oxunan