Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Türkiyənin Baş konsulu Recep Öztopu qəbul edib. Bu haqda qurumun Facebook səhifəsinə istinadən məlumat veririk.
Baş İdarənin rəisi Həmid Nəsirov qonağı yeni təyinatı ilə bağlı təbrik edib. Recep Öztopa Gəncədə Gənclər və İdman siyasəti barədə ətraflı məlumat verilib. Həmid Nəsirov Gəncə şəhərində tədbir və layihələrin davamlı həyata keçirilməsi barədə söz açıb. Baş konsul Gənclər Evinin dərnəklərinin fəaliyyəti ilə tanış olub.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və şəkil çəkdirilib.