Gəncə Gənclər Evində ustad dərsləri keçiriləcək. Bu haqda Gencexeber.az 21 oktyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
Tikiş və Toxuculuq dərnəyinin rəhbərləri Xatirə Məmmədova və Aynur Hüseynzadə tərəfindən “Xarıbülbülün papye-maşe üsulu ilə dairəvi şəkildə və səth üzərində yapılması” mövzusunda dərslər təşkil ediləcək.
Oktyabrın 26-sı və 28-i saat 10:00-da baş tutacaq master-klaslara yazılmaq üçün linkdən qeydiyyatdan keçin.
Təlim barədə ətraflı məlumat almaq üçün (050) 350-99-67 nömrəsi ilə əlaqə saxlayın.
Ünvan: 28 May küçəsi, 34 (Heydər Əliyev Parkı).