Gəncədə 23 yaşlı ingilis dili müəllimi koronavirusdan vəfat edib. Bu haqda Azxeber.com 19 avqust tarixində xəbər verib.
Paylaşımda bildirilib ki, bu gün dünyasını dəyişən Şəbnəm Qurbanova iki gün öncə Facebook səhifəsində paylaşım etmişdir: “Virusa mən də yoluxdum. Necə şiddətli, ağır xəstəlikdir. Özünüzü qoruyun. Məni hərəkətsiz yataq xəstəsi edib”.