20.3 C
Gence
15.5 C
Ganja

Gəncə güləşçiləri İtaliyaya yollanıblar

Gəncə güləş məktəbinin yetirmələri Azərbaycanın şərəfini qoruyacaqlar. Bu haqda məlumatı iyulun 27-si Report-a istinadən veririk.

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı keçirilir. Mundialın son 3 günündə sərbəst güləşçilər mübarizə aparacaqlar.

Gəncə güləş məktəbinin yetirmələri Vasif Bağırov və Camal Abbasov Azərbaycan millisinin heyətində Avropaya yollanıblar. Onlar müvafiq olaraq 48 və 55 kiloqram çəki dərəcəsində çıxış edəcəklər.