24.1 C
Gence
24.1 C
Gence

Gəncə: “Eşidilən güclü partlayış səsləri uşaqları qorxuya salır”

Gəncədə bu gün, səhər saatlarından altı partlayış səsi eşidilib. Bu haqda Gencexeber.az-ın müxbiri 16 noyabr tarixində məlumat verib.

Əldə etdiyimiz məlumata əsasən, partlayış səsləri Seyfəli poliqonundan gəldiyi ehtimal olunur. Sakinlərin sözlərinə görə, bu hal uşaqları qorxuya salır.

Bir müddət öncə, şəhər sakinlərinin təşvişə düşməsi səbəbi ilə Müdafiə Nazirliyi açıqlama vermişdir. Səslərin yaranma səbəbi Seyfəli poliqonunda istismar müddəti başa çatmış və istifadəyə yararsız minaların məhv edilməsi söylənmişdir.

Qedy edək ki, sözügedən əməliyyatlar Ordunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri tərəfindən aparılır.

Ən Çox Oxunan