Gəncə Dövlət Universitetinin məzunu Suqra Həsənova Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fənnindən müəllimlərin işə qəbulu imtahanında ən yüksək, 56 bal toplayıb.
O, bildirir ki, Universiteti bitirdiyi eyni ildə işə qəbul imtahanı verdiyi üçün həyəcanlı olsa da, çox çalışıb və qarşısına qoyduğu məqsədə çatıb.
Onun sözlərinə görə, məqsədə çatmaq üçün öz üzərində işləmək, daim ixtisasınla bağlı axtarışda olmaq yüksək nailliyyətlər üçün əsas amillərdir. Belə insanlara da daim elmin qapıları açıqdır. Bundan sonra öz şagirlərinə ana dilimizi və ədəbiyyatımızı öyrətmək arzusundadır. Təbii ki, yalnız bununla kifayətlənməmək, daim yeni-yeni uğurlara imza atmaq üçün öz üzərində çalışacağını bildirib.
Qeyd edək ki, təhsil nazirliyindən verilən məlumata əsasən azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə, namizədlər 3 avqust saat 11:00-dan 6 avqust saat 10:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.