24.7 C
Gence
24.7 C
Gence

Gəncə Dövlət Dram teatrının yeni binasının tikintisi tamamlanır

Gəncə bulvarında yerləşən Gəncə Dövlət Dram teatrının yeni binasının tikintisi tamamlanır. Bu haqda 4 avqust müxbirimiz məlumat verib.

Binanın bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, Gəncə Dövlət Dram Teatrının yeni binasının təməli 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Tikinti işləri üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılmışdır.

Gəncə Dövlət Dram Teatrı 1921-ci ildə noyabrın 13-də aktyor Hacıağa Abbasovun rəhbərliyi ilə Bakıda “Azad Tənqid-Təbliğ Teatrı” kimi fəaliyyətə başlamışdır. 1925-1932-ci illərdə “Bakı-işçi-kəndli” teatrı adı ilə fəaliyyət göstərmişdir. 1932-cü ilin dekabr ayında teatrın yaradıcı kollektivi Gəncəyə köçürülür və “Tənqid-Təbliğ” teatrı kimi fəaliyyətini Gəncədə davam etdirir. 1990-cı ildən isə Gəncə Dövlət Dram Teatrı kimi fəaliyyətini davam etdirmişdir.

Ən Çox Oxunan