Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində yeni təyinat olub. Bu haqda Gencexeber.az 29 oktyabr tarixində idarəyə istinadən məlumat verir.
Elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrə əsasən, Sevinc Quliyeva Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsinə təyin olunub.
Bundan öncə Quliyeva Azərbaycan Texnologiya Universitetinin “Elektron xidmətlərin təşkili və İnformasiya” mərkəzinin direktoru vəzifəsində çalışıb.