26.9 C
Gence
23.5 C
Ganja

Gəncə–Daşkəsən regional Ərazi Məşğulluq filialı yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Məşğulluq Xidmətində struktur islahatları aparılır. Bu haqda 25 mart tarixində Azərforum-a istinadən məlumat veririk.

Yeni qərarlara əsasən, 22 regional Ərazi Məşğulluq filialı ləğv edilib və yerinə 14 yeni regional filial yaradılıb. Onların içində Gəncə–Daşkəsən regional Ərazi Məşğulluq filialı yer alır. Qurum Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları üzrə fəaliyyət göstərəcək.