Sahibkarlıq fəaliyyəti ilə bağlı statistik göstəricilər açıqlanıb. Bu haqda məlumatı iyulun 30-u Modern.az-a istinadən veririk.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2022-ci il iyulun 1-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 193 min nəfəri ötüb.
Ölkə üzrə fərdi sahibkarların 78,3 faizini kişilər, 21,7 faizini isə qadınlar təşkil edir. Gəncə-Daşkəsən iqtisadi rayon üzrə isə qadın sahibkarların payı 25 faiz təşkil edir ki, bu da, öz növbəsində, ölkə üzrə ortalama göstəricidən yuxarıdır.