24.7 C
Gence
24.7 C
Gence

Gəncədə üzgüçülük üzrə şəhər birinciliyi keçirilib

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə üzgücülük üzrə şəhər birinciliyi keçirilib. Yarış 8 avqust tarixində Gəncə Olimpiya İdman Kompleksində baş tutub.

40-dan çox yeniyetmə və gəncin qatıldığı yarış iki yaş qrupunda keçirilib. 2004-2007-ci və 2008-2010-cu il təvəllüdlü idmançılar bacarıqlarını ortaya qoyublar. Üzgüçülər 4 növdə, aşağı yaş qrupunda 50 metr, yuxarı yaş qrupunda isə 100 metr məsafəni qət etməyə çalışıblar.

“Bugünkü idman yarışı ondan ibarətdir ki, üzgüçülüyü təbliğ etmək və Gəncə sakinlərinin bu idman növünə marağını artırılmasıdır” –  deyə, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin idman sektorunun müdiri Vüqar Xəlilov bildirib.

“Hər il yarışlarda iştirak edirəm və çox sevinirəm ki, birinci yerə çıxmışam” – deyə, yarışda iştirak edən Məhəmmədəli Məmmədov söyləyib.

Qeyd edək ki, yarışların sonunda yer tutan gənc idmançılar diplomlarla təltif olunublar.

Ən Çox Oxunan